Yüksək Liqada iki oyun baş tutmadı

 Yüksək Liqada iki oyun baş tutmadı

Futzal üzrə Yüksək Liqada XVI turun iki görüşü baş tutmayıb.

"Mediasport" xəbər verir ki, yalnız "Araz-Naxçıvan" - "Baku Fire" oyunu keçirilib.

Son çempion rəqibinə 5:1 hesabı ilə qalib gəlib.

"Neftçi" İK "Lənkəran"la üz-üzə gəlməli olsa da, qarşılaşma reallaşmayıb.

"Lənkəran" komandası Azərbaycan Futzal Federasiyasına rəsmi müraciət edərək, növbəti oyunlarda iştitak edə bilməyəcəyini bildirib.

Əsasnaməyə uyğun olaraq, bölgə təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider "Neftçi" İK-in hesabına 3 xal yazılıb.

"Şuşa" komandası isə təyin olunan vaxtda meydana çıxmadığına görə U-19-la görüş keçirilməyib.

Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

"Neftçi" 43 xalla birinci, "Araz-Naxçıvan" 40 xalla ikinci pillədə qərarlaşıb.