Azərbaycan Gimnaziada İdman Oyunlarını 85 medalla başa vurdu

Serbiyanın Zlatibor şəhərində Gimnaziada İdman Oyunlarına yekun vurulub.
"Mediasport" xəbər verir ki, yarışda uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə qayıdıblar.
Ümumilikdə 85 medal qazanmış komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Yığmamız idman gimnastikası, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika idman növləri üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunub.
Medallardan 35-i qızıl, 12-si gümüş, 28-i bürünc əyarlı olub.