Güləşçilərimiz Rusiyada keçirilən turnirlərdə 6 medal qazandılar

 Güləşçilərimiz Rusiyada keçirilən turnirlərdə 6 medal qazandılar

Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə ikiqat Olimpiya çempionu Soslan Andiyevin, Xasavyurtda isə Şamil Umaxanovun ənənəvi xatirə turniri keçirilib.

"Mediasport" xəbər verir ki, yarışlarda iştirak edən Azərbaycan idmançıları 6 medal qazanıblar.

Şimali Osetiya turnirinə qatılan Maqomedxan Maqomedov ilk dəfə 125 kq çəki dərəcəsində özünü sınayıb və bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

27 yaşlı pəhləvanımız indiyədək 97 kq çəkidə mübarizə aparırdı.

Dağıstan turnirində isə yığma üzvlərindən Murad Yevloyev (74 kq), Ali Tsokayev (86 kq) və Osman Nurmaqomedov (97 kq) gümüş, Qadjimurad Omarovla (74 kq), Muxammad Qantemirov (125 kq) bürünc mükafat əldə edib.