Azərbaycanın Premyer Liqa klubu Ukraynadan yeni məşqçi gətirdi
"Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.
Bu barədə "Mediasport"a Naxçıvan təmsilçisindən məlumat verilib.
Təyinat baş məşqçi Andrey Demçenkonun istəyi ilə gerçəkləşib.
39 yaşlı Yevgeni Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb.
Qeyd edək ki, məşqçilər korpusunda Y.Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.
