"Pro" kateqoriyalı azərbaycanlı məşqçi bölgə klubunda işləyəcək

"Pro" kateqoriyalı azərbaycanlı məşqçi bölgə klubunda işləyəcək

Vaxtilə Azərbaycan Premyer Liqasında mübarizə aparmış və tarixə qovuşmuş "Rəvan" klubunun sabiq baş məşqçisi Bəhmən Həsənov 10 ilə yaxın fasiləyə ara verib.

"Mediasport" xəbər verir ki, Əməkdar məşqçi "Xudat Siti" klubunda çalışacaq.

"Pro" kateqoriyalı mütəxəssis bu mövsümdən AFFA Region Liqasında yarışacaq bölgə təmsilçisinin idman direktoru təyin olunub.

Həsənov əsas komanda ilə yanaşı, akademiyanın işinə də nəzarət edəcək.

Qeyd edək ki, Region Liqasında yeni mövsümün püşkü sabah atılacaq və çempionat martın 8-də start götürəcək.