O da "Sumqayıt"dan getdi
Mövsüm yekunlaşan kimi baş məşqçi Saşa İliçi yola salan “Sumqayıt”da növbəti ayrılıq yaşanıb.
"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi klub akademiyasının direktoru Hakan Sünalla vidalaşıb.
Tərəflər arasında növbəti əməkdaşlığa dair razılıq əldə olunmayıb.
Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən türk əsilli almaniyalı ilə müqavilə bu ayın sonunda başa çatacaq.


