"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Panama millisinin DÇ-2026 üçün yekun heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, "Turan Tovuz"un formasını geyinən Roderik Millerin də adı həmin siyahıya daxil edilib.
34 yaşlı müdafiəçinin yığmaya dəvət alması haqqında klub prezidenti Ehtiram Quliyev də rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Miller Azərbaycan çempionatında çıxış edərək mundiala dəvət alan ilk futbolçu kimi tarixə düşüb.
Tomas Kristiansenin baş məşqçisi olduğu komanda L qrupunda İngiltərə, Xorvatiya və Qana ilə üz-üzə gələcək.
Mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Xatırladaq ki, "Sabah"da top qovan Umarali Raxmonaliyev də Özbəkistan milli komandasının düşərgəsinə çağırılıb.



