Lionel Messi tarixə damğa vurur - Argentinalı ulduzdan yeni rekord
Dünya futbolunun canlı əfsanələrindən Lionel Messi tarixi rekordlarını davam etdirir.
"Mediasport" xəbər verir ki, Argentina millisinin hücumçusu növbəti uğurunu DÇ-2026-nın startında rəsmiləşdirib.
Əlcəzair yığması ilə görüşdə het-trik edən forvard Dünya Kuboku yarışlarının tarixində ən çox qol vuran almaniyalı Miroslav Klozeyə çatıb.
Hər iki futbolçunun hesabında 16 qol var və Leo daha bir dəfə fərqlənməklə, rekordun tək sahibi olacaq.


