Azərbaycan klubunun üzvü yenidən yığmada oynayacaq

 Azərbaycan klubunun üzvü yenidən yığmada oynayacaq

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram yenidən Moldova milli komandasına dəvət alıb.

"Mediasport" xəbər verir ki, qolkiperin yığması oktyabrın 9-da Rumıniya ilə yoldaşlıq, oktyabrın 14-də isə DÇ-2026-nın seçmə mərhələsinin Estoniya ilə matçında baş məşqçinin sərəncamında olacaq.

Qeyd edək ki, 2021-ci ildən əsas millidə forma geyinən Azərbaycan klubunun üzvü indiyədək 16 dəfə meydana çıxıb.