"Qarabağ" - "Sabah" matçının biletləri 5 manatdan satışa çıxarıldı
Premyer Liqanın XXII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qiymətlər 5, 10 və 20 manat aralığındadır.
Biletlər onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
