Azərbaycan milli komandası Litvaya böyük hesabla uduzdu

 Azərbaycan milli komandası Litvaya böyük hesabla uduzdu

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının B Divizionunda növbəti qrup matçını keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız Litva seçməsi ilə qarşılaşıb.

2-ci turda Ukrayna basketbolçularına məğlub olan (68:75) komandamız bu dəfə daha böyük fərqlə uduzub - 31:82.

Startda Bosniya və Herseqovina millisi üzərində qələbə qazanan yığmamız C qrupunda 4 xalla altı komanda arasında 4-cü yerdə qərarlaşıb.

Komandamızın növbəti matçı iyulun 8-də İslandiya olacaq. Görüş Bakı vaxtilə saat 14:00-da başlanacaq.

İyulun 9-da isə Bakı vaxtilə saat 11:30-da Kosovo yığması ilə qarşılaşacağıq.