Rəvan Ağazadə Kosovoda dünya çempionu adını qazandı

 Rəvan Ağazadə Kosovoda dünya çempionu adını qazandı

Kosovonun Peja şəhərində keçirilən muaytay üzrə dünya çempionatı Azərbaycan millisi üçün uğurlu alınıb.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz birincilikdə dörd medalla qazanıblar.

Rəvan Ağazadə (67 kq) bütün rəqiblərinə üstün gələrək dünya çempionu olub.

Nurlan Məmmədov (57 kq) və Məhəbbət Hümbətov (71 kq) gümüş, Rəhim Əsgərli (63,5 kq) isə bürünc mükafat əldə edib.