Azərbaycan milli komandası Avropa çempionatında ikinci oldu

Azərbaycan milli komandası Avropa çempionatında ikinci oldu

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında sonuncu görüşünü keçirib.

"Mediasport" xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv gümüş medal qazanıb.

13 xalla ikinci yeri tutan millimiz Ukraynadan geri qalıb. Bürünc medalları Serbiya şahmatçıları əldə ediblər.

Xatırladaq ki, qadınlardan ibarət seçməmiz mükafatçılar sırasına düşə bilməyib.