Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu oldu

Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu oldu

Şahmat üzrə Azərbaycan çempionatında qadınların yarışı da yekunlaşıb.

"Mediasport" xəbər verir ki, Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə ölkə çempionu adını qazanıb.

27 yaşlı zəka sahibi buna Ayan Allahverdiyeva ilə tay-brekdə nail olub.

Həlledici qarşılaşma 1,5-0,5 hesabı ilə Fətəliyevanın xeyrinə başa çatıb.

Gülnar Məmmədova isə Türkan Məmmədyarovanı üstələyərək (1,5-0,5) üçüncü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında dünən Məhəmməd Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.