Azərbaycan milli komandası dünya çempionatında 3-cü oldu

Azərbaycan milli komandası dünya çempionatında 3-cü oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, son günlərdə yarışa qoşulan yunan-Roma güləşi üzrə millimiz mundialı 1 dəst medalla tamamlayıb.

90 xal toplayan yığmamız komanda hesabında dünya cü-cüsü olub.

Beləliklə, millimiz son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma komandamızın heyətində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında 10 güləşçi mübarizə aparıb: Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq).