Azərbaycan prezidenti Bakıda keçirilən DÇ-nin açılış mərasimində

Azərbaycan prezidenti Bakıda keçirilən DÇ-nin açılış mərasimində

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Gimnastika Arenasında baş tutan tədbiri izləyir.

Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır.

Azərbaycan fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi və 7 qadın) ilə təmsil olunur.

Ötən gün start götürən yarışa oktyabrın 11-də yekun vurulacaq.