Azərbaycan millisi növbəti dəfə Qazaxıstan yığmasına uduzdu
Futzal üzrə Azərbaycan milli komandası Aktauda Qazaxıstan yığması ilə ikinci beynəlxalq yoldaşlıq oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız bu dəfə 2:4 hesabı ilə məğlub olub.
İki gün əvvəl komandalar arasında baş tutan ilk matç qazaxların 9:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, yığmamız daha əvvəl iki yoxlama görüşündə Gürcüstan futzalçılarına uduzub (2:4, 2:5).
