Azərbaycan millisinin mübarizə aparacağı rəqiblər müəyyənləşdi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalının B divizionunun A qrupunda mübarizə aparacaq.
"Mediasport" xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu kollektiv Litva və Belçika ilə üz-üzə gələcək.
Qazaxıstan, Rumıniya və Malta isə B qrupunda yer alıb. Qrupları ilk iki pillədə bitirən milli komandalar yarımfinal mərhələsinə yüksələcəklər.
Finala vəsiqəni təmin edən yığmalar A divizionunda iştirak hüququ qazanacaqlar.
Xatırladaq ki, Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada baş tutacaq.