Azərbaycan millisinin cüdoçusu dünya çempionatında finala çıxdı!

Azərbaycan millisinin cüdoçusu dünya çempionatında finala çıxdı!

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, 81 kq çəkidə yarışan idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazara ipponla qalib gəlib.

Təmsilçimiz qızıl medal görüşündə gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşacaq.

Saat 18:00-da start götürəcək final blokunda Ömər Rəcəbli (81 kq) də bürünc medal üçün yarışacaq.

Xatırladaq ki, daha əvvəl cüdoçularımızdan Əhməd Yusifov (63 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal əldə edib.