Azərbaycanın iki cüdoçusu Riqa turnirində qızıl medal qazandı

 Azərbaycanın iki cüdoçusu Riqa turnirində qızıl medal qazandı

Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən Avropa Cüdo Ümidləri Turnirində uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan turnirdə təmsilçilərimiz 4 medal (2 qızıl, 1 gümüş, 1 bürünc) qazanıblar.

Fəxrim Məhərrəmov (U-13, 46 kq) və Fərhad Quliyev (U-15, 60 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Səccət Tağıyev (U-15, 42 kq) gümüş, Cahid Bayramlı (U-15, -66 kq) isə bürünc mükafat əldə edib.

Turnirdə 20 ölkədən 289 cüdoçu yarışıb.