Ramil Şeydayev Rusiyanın 1-ci Liqa klubuna keçdi - RƏSMİ

Ramil Şeydayev Rusiyanın 1-ci Liqa klubuna keçdi - RƏSMİ

Mövsümün sonunda "Qarabağ"ın yola saldığı Ramil Şeydayev özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Rusiyada davam etdirəcək.

Forvard 1-ci Liqa klubu "Soçi" ilə 1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Rusiyada anadan olan Şeydayev "Zenit" akademiyasının yetirməsidir.