Millimiz beynəlxalq turnirdə ikinci oyununda da qələbə qazandı

Millimiz beynəlxalq turnirdə ikinci oyununda da qələbə qazandı

Basketbolçu qızlardan ibarət U-16 Azərbaycan millisi Belarusun sabiq idman və turizm naziri, Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə keçirdiyi ikinci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız bu dəfə Qazaxıstan kollektivini məğlub edib - 74:60.

Qeyd edək ki, komandamız turnirin ilk görüşündə Belarus basketbolçularına qalib gəlmişdi (65:61).