Cəlal Hüseynov 90 dəqiqə oynadı, "Arda" 4:1 hesablı qələbə qazandı

 Cəlal Hüseynov 90 dəqiqə oynadı, "Arda" 4:1 hesablı qələbə qazandı

Futbol üzrə Bolqarıstan çempionatında 27-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda”  səfərdə “Septemvri”nin qonağı olub.

Görüş Cəlalın komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Hüseynov 90 dəqiqə meydanda olub.

Aktivində 38 xalı olan "Arda" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.