Azərbaycan millisi AÇ-nin B Divizionunda uğurla debüt etdi

Qızlardan ibarət basketbol üzrə U-18 millimiz ilk dəfə iştirak etdiyi Avropa çempionatının B Divizionunda uğurla debüt edib.
"Mediasport" xəbər verir ki, yığmamız ilk qrup oyununda Bosniya və Herseqovina seçməsi üzərində qələbə qazanıb - 83:81.
Millimizin qrupda növbəti oyununu bu gün - Bakı vaxtı ilə saat 21:30-da Ukrayna basketbolçularına qarşı keçirəcək.