Dünya çempionatı: Türkiyə millisi tarixində ilk dəfə yarımfinala çıxdı

Dünya çempionatı: Türkiyə millisi tarixində ilk dəfə yarımfinala çıxdı

Taylandın ev sahibliyi qadınlar arasında voleybol üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib.

"Mediasport" xəbər verir ki, sürpriz nəticəyə imza atan Türkiyə milli komandası tarixində ilk dəfə final uğrunda görüşə vəsiqə əldə edib.

"Ay-ulduzlular" 1/4 finalda güclü ABŞ yığmasına 3:1 hesabı ilə qalib gəlilər.

Türkiyə seçməsinin sentyabrın 6-da yarımfinal rəqibi Yaponiya millisi olacaq.

Digər yarımfinalda Braziliya və İtaliya komandaları qarşılaşacaqlar.