Dünya Seriyası: İkinci mərhələdə iki güləşçimiz mübarizə aparacaq

 Dünya Seriyası: İkinci mərhələdə iki güləşçimiz mübarizə aparacaq

Xorvatiyanın Poreç şəhərində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının ikinci mərhələsində Azərbaycanı iki idmançı təmsil edəcək.

"Mediasport" xəbər verir ki, iki gün davam edəcək yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 qat dünya çempionu İbrahim Yusubov (90 kq) və debütant Vüsal Əliyev (70 kq) mübarizə aparacaq.

Sabah qrup mərhələsinin görüşləri keçiriləcək. Həlledici qarşılaşmalar iyunun 1-də baş tutacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlanacaq.

Xatırladaq ki, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Yekunda bütün mərhələlər üzrə ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaqlar.