Azərbaycan millilərinin dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycan millilərinin dünya çempionatı üçün heyəti açıqlandı

Güləş üzrə Azərbaycan yığmalarının Bakıda keçiriləcək U-17 dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, bu barədə turnirə həsr olunmuş tədbirdə məlumat verilib.

Yunan-Roma güləşi üzrə Əli Cavadlı (45 kiloqram), Ömər Salmanov (48 kiloqram), Əbdürrəhman Hüseynli (51 kiloqram), Qurban Məcnunov (55 kiloqram), Elmir Çərkəzov (60 kiloqram), Orxan Həbibli (65 kiloqram), Nadir Həsənov (71 kiloqram), İsfahan Həsənov (80 kiloqram), Zöhrab Səfərov (92 kiloqram), Emin Baxşəliyev (110 kiloqram) xalça üzərinə çıxacaqlar.

Qadın güləşində Gülxanım Şirinova (40 kiloqram), Vəfa Orucova (43 kiloqram), Nuray Cəfərli (46 kiloqram), Nəzrin Əhmədli (49 kiloqram), Fatimə Bayramova (53 kiloqram), Qaratel Quliyeva (57 kiloqram), Fidan Babayeva (61 kiloqram), Rana Nuriyeva (65 kiloqram), Simurə Abdullayeva (69 kiloqram) medallar uğrunda mübarizə aparacaq.

Sərbəst güləş yarışlarında Tunar Həsənov (45 kiloqram), Hüseyn Rzazadə (48 kiloqram), İbrahim Həsənov (51 kiloqram), Abbas Şəfiyev (55 kiloqram), Elcan Həsənov (60 kiloqram), Rəşid Nəzərov (65 kiloqram), Tunar Quliyev (71 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (92 kiloqram), Hakim Tağıyev (110 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnir iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.