İki idmançımız Paralimpiya Oyunlarının qalibi adını qazandı

Azərbaycanın gənc paralimpiyaçıları Türkiyənin İstanbul şəhərində davam edən Avropa Gənclər Paralimpiya Oyunlarının ikinci günündə 5 medal qazanıblar.
"Mediasport" xəbər verir ki, təmsilçilərimizdən ikisi yarışın qalibi olub, üçü isə bürünc mükafat əldə edib.
Parataekvondoçuların mübarizəsində bayraqdarımız Sabir Zeynalov (K44, 58 kq) və qızlardan Səmayə Həsənova (K44, 47 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünnü ən yüksək pilləsinə qalxıb.
Digər parataekvondoçumuz Ayxan Nuriyev (K44, 58 kq), həmçinin paracüdoçularımız - Ömər Qurbanov (J2, 62 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq) 3-cü yeri tutublar.