"Bunları nəzərə alaraq, Bakıda "Çempionların savaşı"nı keçirdik"

"Hər kəs bu ideyamızı dəstəklədi. "Çempionların savaşı" şahmat turnirini təşkil etməklə göstərdik ki, Azərbaycan çempionları daim diqqətimizdədir.
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.
Qurum rəhbəri Bakıda keçirilən “Çempionların savaşı” turniri haqda fikirlərini bölüşüb, yarışın təşkil olunmasının məqsədindən danışıb:
"Çempionlarımıza əlavə mükafatlar vermək istəyirdik. Yadınızdadırsa, 2009-cu ildə Bakıda Azərbaycan şahmatçıları ilə dünya yığmaları arasında görüş olmuşdu. Həmin vaxt dünya yığması həddindən artıq güclü idi. Rusiyanın paytaxtı Moskva şəhərində 2012-ci ildə dünya şahmat tacı uğrunda turnir təşkil edilmişdi. Bunları nəzərə alaraq, biz də Bakıda "Çempionların savaşı"nı keçirdik".
M.Məmmədov bildirib ki, Xalça Muzeyini seçməkdə məqsəd bura gələn turistlərə şahmat yarışını da göstərmək olub:
"Onlar üçün də maraqlı və müsbət mənada təəccüblü oldu. Düşünürəm ki ölkəmizdən ayrılarkən bunu da öz yaddaşlarında xoş xatirə kimi aparacaqlar. Görüşlər maraqlı baş tutdu. Turnir yoldaşlıq görüşü adı altında təşkil edilsə də, gərgin mübarizə şəraitində keçdi".
Qeyd edək ki, "Çempionların savaşı" turnirində kişilərin yarışında qalib Rauf Məmmədov, qadınlar arasında isə Günay Məmmədzadə qalib adını qazanıb.