Mirmehdi Miriyev Tailandda çempionluq kəmərinə sahib oldu
Tailandın Puket adasında muaytay üzrə "Patong Fight Night 2" turniri keçirilib.
"Mediasport" xəbər verir ki, döyüşçümüz Mirmehdi Miriyev (70 kq) də həmin yarışda iştirak edib.
O, Ceyms Veqar (Avstraliya) üzərində 4-cü raundda nokautla (KO) qələbə qazanaraq turnirin qalibi olub və çempionluq kəmərinə sahib çıxıb.

