"Sabah"ın Çempionlar Liqasında son rəqibi məlum oldu

 "Sabah"ın Çempionlar Liqasında son rəqibi məlum oldu

"Sabah" basketbol komandasının avrokuboklardakı son rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu, "Elan Şalon" komandası olub.

Fransa təmsilçisi seçmə qrupun finalında İspaniyanın "Mursiya" klubunu 96:88 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Üçqat Azərbaycan çempionu B qrupunda "Alba Berlin" (Almaniya), "Nimburk" (Çexiya) və "Elan Şalon"la (Fransa) oynayacaq.

Azərbaycan çempionu ilk dəfədir ki, Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək.

Mövsümə oktyabrın 7-də start veriləcək.