"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında mübarizəyə start verir

"Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə start verəcək.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Avstriyada keçirlən qrup oyununda Şimali İrlandiyanın "Sparta Belfast" klubu ilə qarşılaşacaq
Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Xatırladaq ki, "Araz-Naxçıvan" sabah PYF (Şotlandiya), avqustun 30-da Avstriyanın "Ljuti" komandaları ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası. F qrupu
19:00 "Araz-Naxçıvan" (Azərbaycan) - "Sparta Belfast" (Şimali İrlandiya)
Hakimlər: Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Vladimir Sebek (Monteneqro)
Hakim-inspektor: Talal Daravşi (İsrail)
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya)
NMS İdman Sarayı, Linz.