"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında "Benfika" ilə qarşılaşacaq
Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşacaq.
"Mediasport" xəbər verir ki, komanda 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) - "Sportinq" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.
1/4 final oyunları isə 23 fevral 6 mart tarixlərində baş tutacaq.
Turnir hazırkı formatda ilk dəfə təşkil olunub, buna qədər əsas mərhələdən sonra elit-raud keçirilirdi.
