Azərbaycan çempionunun ilk iki oyununun hakimləri açıqlandı

“Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində keçirəcəyi ilk iki oyununa idarə edəcək hakimlər açıqlanıb.
"Mediasport" xəbər verir ki, F qrupunun matçları Avstriyada keçiriləcək.
Əsasə mərhələyə yalnız qrup lideri vəsiqə qazanacaq.
UEFA Çempionlar Liqası. İlkin mərhələ
27 avqust
19:00. "Araz-Naxçıvan" - "Sparta Belfast" (Şimali İrlandiya)
Hakimlər: Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsyak (Ukrayna), Vladimir Sebek (Monteneqro)
Hakim-inspektor: Talal Daravşi (İsrail)
Time kepeer: Njeqoş Vuçanoviç (Avstriya)
Linz, NMS İdman Sarayı
28 avqust
19:00. "PYF Saltires" (Şotlandiya) – "Araz-Naxçıvan"
Hakimlər: Vladimir Sebek, Qonsalo Felipe Santos Duarte, Aleksandar Vangelov (Bolqarıstan)
Hakim-inspektor: Talal Daravşi
Time kepeer: Njeqoş Vuçanoviç
Linz, NMS İdman Sarayı
30 avqust
21:30. "Ljuti Krajişniçi" (Avstriya) – "Araz-Naxçıvan"
Linz. NMS İdman Sarayı.