Bölgə klubu Azərbaycan çempionatında 3-cü yeri tutdu

"Şəki" klubu 2024/2025-ci illər mövsümü üçün Azərbaycan Basketbol Liqasında (ABL) 3-cü yeri tutub.
"Mediasport" xəbər verir ki, ABL-in mövsümün öncəsi tərtib olunan reqlamentinin 10.4-cü maddəsinə (Mövsümün yekununda Liqada yerlərin bölüşdürülməsi) əsasən, yarımfinalda oynayan komandalardan müntəzəm birinciliyi daha çox xalla bitirmiş komanda bürünc medalları qazanmış sayılır.
Yarımfinalçı "Şəki" B qrupunu 36 xalla 1-ci, digər yarımfinalçı "Abşeron" iA qrupunu 28 xalla 4-cü bitirib. Bu səbəbdən "Şəki" 3-cü, "Abşeron" isə 4-cü yerin sahibi hesab olunub.
Qeyd edək ki, ötən mövsümlərdən fərqli olaraq, bu mövsüm 3-cü yerin sahibi oyunla müəyyənləşdirilmir.