Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri dəyişdirildi

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.
"Mediasport" xəbər verir ki, UEFA D qrupunun 4-cü turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin "Krakoviya" stadionuna təyin edib.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Xatırladaq ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki "Tarçinski Arena"da keçirilməsi planlaşdırılırdı.