"Neftçi"nin yetirməsi bölgə klubu ilə 1 mövsümlük müqavilə bağladı
1-ci Liqada yeni mövsümə hazırlaşan "Karvan-Yevlax" heyətini gücləndirməkdə davam edir.
"Mediasport" xəbər verir ki, bölgə klubu Asim Əlizadə ilə anlaşıb.
Son olaraq "Səbail"in formasını geyinmiş yarımmüdafiəçi ilə bir mövsümlük müqavilə imzalanıb.
"Neftçi"nin yetirməsi olan 26 yaşlı futbolçu Latviyada "Dauqavpils"də legioner həyatı yaşayıb, "Şamaxı", "İrəvan" və "Baku Sportinq"də oynayıb.


