"Qarabağ" 16 yaşlı futbolçunu Antalya toplanışına cəlb etdi
Qurban Qurbanov "Qarabağ"ın U-19 komandasının futbolçusu Əli Bəşirovu əsas heyətin məşqlərinə cəlb edib.
"Mediasport" xəbər verir ki, 2010-cu il təvəllüdlü yarımmüdafiəçi Ağdam klubunun Antalyada start götürən qış təlim-məşq toplanışına yollanıb.
Azərbaycan çempionu qış hazırlığına Bakıda start verib və dünən Türkiyəyə yola düşüb.
Toplanış yanvarın 17-dək Belek bölgəsində yerləşən "Gloria Sports Arena"da baş tutacaq.
Təmsilçimiz burada sabah Özbəkistan çempionu "Neftçi" (Fərqanə), yanvarın 16-da isə Polşanın "Zaqlebye" (Lübin) kollektivi ilə qarşılaşacaq.
