"Barselona" 3 cavabsız qolla qalib gəldi, finala çıxa bilmədi - VİDEO

 "Barselona" 3 cavabsız qolla qalib gəldi, finala çıxa bilmədi - VİDEO

İspaniya "Kral Kuboku"nda finala vəsiqə qazanan ilk komanda müəyyənləşib.

"Mediasport" xəbər verir ki, həlledici duelə vəsiqə qazanan ilk kollektiv "Atletiko" olub.

Dieqo Simeonenin komandası yarımfinalın cavab qarşılaşmasında "Barselona"ya 0:3 hesabı ilə məğlub olsa da, ilk oyunda vurulan 4 cavabsız qolla finala yüksəlib.

Bu gecə digər yarımfinal cütündə "Real Sosyedad"la "Atletik" cavab matçına çıxacaq.