Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı - SİYAHI
Futbol üzrə Türkiyə milli komandasının 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Baş məşqçi Vinçenso Montella 26 futbolçu ilə mundiala yollanacaq.
Tarixdə ilk dəfə 3 ölkədə keçiriləcək mundial ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
"Ay-ulduzlular" D qrupunda ABŞ, Avstraliya və Paraqvay yığmaları ilə mübarizə aparacaq.
Dördilliyin zirvə yarışı 11 iyun-19 iyul tarixlərində baş tutacaq.
Qapıçılar: Altay Bayındır ("Mançester Yunayted"), Mərt Günok ("Fənərbaxça"), Uğurcan Çakır ("Qalatasaray");
Müdafiəçilər: Abdülkərim Bardakçı ("Qalatasaray"), Çağlar Söyüncü ("Fənərbaxça"), Eren Elmalı ("Qalatasaray"), Fərdi Kadıoğlu ("Brayton"), Merih Demiral ("Əl Əhli"), Mert Müldür ("Fənərbaxça"), Ozan Kabak ("Hoffenhaym"), Samet Akaydın ("Rizəspor"), Zeki Çelik ("Roma");
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter"), İsmayıl Yüksək ("Fənərbaxça"), Kaan Ayhan ("Qalatasaray"), Orkun Kökçü ("Beşiktaş"), Salih Özcan ("Borussiya", Dortmund), Arda Gülər ("Real"), İrfan Can Kahveci ("Kasımpaşa"), Oğuz Aydın ("Fənərbaxça"), Yunus Akgün ("Qalatasaray");
Hücumçular: Barış Alpər Yılmaz ("Qalatasaray"), Can Uzun ("Ayntraxt", Frankfurt), Dəniz Gül ("Portu"), Kənan Yıldız ("Yuventus"), Kərəm Aktürkoğlu ("Fənərbaxça").
Mediasport.com.az


