"Qarabağ"ın Avropa Liqasında rəqibi məlum oldu - PÜŞK ATILDI
UEFA Avropa Liqasında 2026/2027-ci illər mövsümü üçün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, Azərbaycanı yarışda təmsil edəcək "Qarabağ"ın da rəqibi müəyyənləşib.
Qurban Qurbanovun komandası ilk mərhələdə İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq.
Raundun görüşləri iyulun 9-u və 16-da keçiriləcək.
Ağdam təmsilçisinin ilk matçı səfərdə olacaq.


