Mahir Emreli Almaniya klubunun heyətində növbəti qolunu vurdu
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" doğma meydanda "Karlsrue"ni məğlub edib - 3:0.
Meydan sahiblərinin heyətində 3-cü qolu matça 84-cü dəqiqədə qoşulan yığmamızın forvardı vurub.
Ötən ilin noyabrında uzunmüddəti zədə alan Mahir 90+4-cü dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Bu, həmyerlimizin ötən yaydan heyətində oynadığı komandada vurduğu 6-cı qol olub.
Emreli son dəfə 2025-ci ilin avqustunda - Almaniya Kuboku görüşündə adını tabloya yazdırmışdı.
40 xalı olan "Kayzerslautern" 7-ci illədə qərarlaşıb.
