Belarus nəhəngi milli üzvünün transferini İçərişəhərdə təqdim etdi

Belarus nəhəngi milli üzvünün transferini İçərişəhərdə təqdim etdi

İyulun 23-də UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Sumqayıtda İsveçrənin "Sion" komandasının qəbul edəcək Belarusun BATE kollektivi maraqlı addımı ilə diqqət çəkib.

"Mediasport" xəbər verir ki, Borisov təmsilçisi yeni transferini Bakıda təqdim edib.

Belarus yığmasının yarımmüdafiəçisi Yuri Kovalyovun təqdimat videosu İçərişəhərdə hazırlanıb.

Çarxda məşhur "Brilliant əl" filmi təqlid olunub.

Xatırladaq ki, BATE - "Sion" oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcəkl.

UEFA Rusiya-Ukrayna müharibəsi səbəbindən Belarus təmsilçilərinə 2022-ci ilin fevralından beynəlxalq oyunları evdə keçirmək qadağası qoyub.