"Belə bir meydançanın Azərbaycan futbolu üçün faydası olacaq"

"Belə bir meydançanın Azərbaycan futbolu üçün faydası olacaq"

"Bu, Gəncə stadionunda birinci oyunumuz idi. Belə bir meydançanın tək Gəncə üçün yox, Azərbaycan futbolu üçün faydası olacaq".

"Mediasport" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Məmmədov deyib.

Mütəxəssis “Karvan-Yevlax”la yoxlama matçından sonra fikirlərini bölüşüb. O, Gəncədə yeni tikilən stadionda keçirdikləri ilk matç haqda düşüncələrini paylaşıb:

“Matçın ilk hissəsində komanda istədiyimiz oyunu nümayiş etdirə bildi. Əsas istəyimiz qol epizodları yaratmaq və onlardan istifadə etmək idi.

Birinci yarıda daha çox fərqlənə bilərdik. Amma 2 qol da az deyil. İkinci hissədə oyunun sürəti bir qədər aşağı düşdü. Bu da normaldır.

Bəzi əvəzetmələr etdik, gənc oyunçuları meydana buraxdıq. Onlar da çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bu, bizim ilk qələbəmiz idi, hər kəsi təbrik edirəm.

Bizim şəhər, azarkeşlərimiz bu cür gözəl stadiona layiqdir. Burada oynamaq bizə də xoş təəssürat bağışladı.

Gəncə stadionunda keçirdiyimiz ilk görüşdə qələbə qazandıq. Mən inanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq və biz də azarkeşlərimizi qələbələrlə sevindirəcəyik”.