"Benzia"nın "Qarabağ" sevgisi

Sabiq "Qarabağ"lı, hazırda "Əl Feyha"nın formasını geyinən Yassin Benzianın sosial şəbəkələrdə yayılan bir fotosu diqqət çəkib.
"Mediasport" xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubunda "Qarabağ"ın loqosunun yer aldığı əlcəkdən istifadə edib.
Əlcəkdə Toral Bayramovun forma nömrəsi (27) də əks olunub.
Xatırladaq ki, vinger 2023-2025-ci illərdə "Qarabağ"da çıxış edib.