"Traktor"dan tarixi çempionluq üçün daha bir addım - 3 xal

"Traktor"dan tarixi çempionluq üçün daha bir addım - 3 xal

Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, liqanın vahid lideri "Traktor" doğma Təbrizdə "Malavan"la qarşılaşıb.

Dramatik matç Cənubi Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:0.

Xal ehtiyatını 58-ə çatdıran "al qurdlar" tarixində ilk çempionluğa doğru daha bir addım atmış olublar.

Təbrizlilər mövsümün sonuna 3 tur qalmış ən yaxın izləyicisi "Sepahan"ı 2 xal qabaqlayırlar.

"Traktor"un bir görüşü də ehtiyatda qalır.