Bernardo Silva "Real"da - RƏSMİ

Bernardo Silva "Real"da - RƏSMİ

2025/2026 mövsümü başa çatdıqdan sonra "Mançester Siti"dən ayrılan Bernardo Silvanın yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Portuqaliya millisinin üzvü Madrid "Real"ı ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

31 yaşlı vinger 2017-2026-cı illərdə İngiltərə klubunun formasını geyinib.

Bu müddətdə o, ümumilikdə 265 oyuna çıxıb və 43 qol vurub.

Bernardo karyerası ərzində "Benfika" (2013-2015) və "Monako" (2015-2017) klublarında da çıxış edib.