Ronaldinyo böyük futbola qayıdır
Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo karyerasını bərpa edir.
"Mediasport" xəbər verir ki, peşəkar karyerasını 2018-ci ildə başa vurmuş dünya çempionu İtaliyanın “Ravenna” klubunda oynayacaq.
Bu barədə klubun vitse-prezidenti Ariedo Braida açıqlama verib.
46 yaşlı veteranın transfer təqdimatı iyunun 23-də Mayamidə keçiriləcək.
Qeyd edək ki, "Ravenna" İtaliyanın səviyyəcə 4-cü divizonu sayılan D Seriyasında mübarizə aparır.


