Portuqaliyaya AÇ-də iki dəfə gümüş medal qazandırmış mütəxəssis Azərbaycan millisində
Yeni yaradılacaq futbol üzrə U-20 milli komandamızı Rui Jorjenin çalışdıracağı dəqiqləşib.
"Mediasport" xəbər verir ki, AFFA portuqaliyalı ilə bütün detallarda razılığa gəlib.
Xüsusi hadisə baş verməsə, pireneyli martın ilk həftəsində rəsmi müqaviləyə qol çəkəcək.
52 yaşlı mütəxəssis 2010-2025-ci illərdə Portuqaliyanın U-21 və U-23 yığmalarında işləyib.
İki dəfə - 2015 və 2023-cü illərdə U-21 millilərinə Avropa çempionatında gümüş medal qazandırıb.
Xatırladaq ki, FİFA U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə keçiriləcək.
