"Şəmkir" "Dinamo" ilə üz-üzə
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 26-cı tura bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə "Şəmkir" "Dinamo" ilə üz-üzə gələcək.
Buna qədər "Araz Saatlı" "Ağstafa Gəncləri"ni (3:0), "Göygöl" "Sheki City"ni (2:1), "Ağdaş" "Kür-Araz"ı (2:1), "Xankəndi" "Şirvan"ı (4:0), "Qaradağ Lökbatan" "Quba"nı (3:0) məğlub edib.
Azərbaycan 2-ci Liqası. 26-cı tur
12 may
17:00 "Dinamo" - "Şəmkir"
Hakimlər: Səbuhi Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nahid Xasıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu.
